Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Elmi hövzələrin rektoru Ayətullah Əlirza Ərafi İslam elmləri üzrə ağıllı və yüksək texnologiya məhsulları təqdimat mərasimində çıxış edərək koqnitiv elmlər və yeni texnologiyalar sahəsində baş verən son dəyişikliklərə toxunaraq bildirib ki, bu gün bir hissəsinin təqdimatı keçirilən ideya daha geniş və fundamental bir layihənin tərkib hissəsidir və təxminən 12–13 il əvvəl formalaşdırılıb. Onun sözlərinə görə, həmin təşəbbüs, xüsusilə İslam elmləri sahəsində bilik sərhədlərində elmi səylərinin əsasının qoyulması və beynəlxalq yanaşmanın inkişaf etdirilməsi məqsədilə irəli sürülüb.
Daha ətraflı oxuyun:
İslam elmləri üzrə 3 ağıllı və yüksək texnologiya məhsullarının təqdimatı
Elmi hövzələrin rektoru davam edərək qeyd edib: Bu təşəbbüs ilkin mərhələdə Əl-Mustafa Beynəlxalq Univerisyeti (s) və müxtəlif hövzə, universitet və elmi mərkəzlərdə başlamış, lakin ötən illər ərzində gözlənildiyi səviyyədə irəliləmək müçkün olmalıdır. Bununla belə, biz addım-addım həmin məqsəd istiqamətində hərəkət etmiş və hazırda digər qurum və təşkilatların da bu prosesə qoşulduğunun şahidiyik.
Baxın:
İslam elmləri üzrə ağıllı və yüksək texnologiya məhsullarının təqdimat mərasimindən görüntülər
Koqnitiv elmlərdə baş verən dəyişikliklər
Qəyyumlar Şurasının üzvü çıxışının davamında koqnitiv elmlər sahəsində qarşıda duran dəyişikliklərə işarə edərək deyib: Bu dəyişikliklərin bir qismi artıq təqdim olunub və qarşıda olduqca böyük transformasiyalar dayanır ki, bunlar elm, universitet və hövzə mühitinə mühüm təsirlər göstərəcəkdir. Bu proseslər həm böyük bir fürsət, həm də potensial təhdid ölçüsündə geniş imkanlara malikdir.
Elmi hövzələrin Ali Şurasının üzvü əlavə edib: Bir tərəfdən bu dəyişikliklər İslam elmləri və maarifi sahəsində dərin və geniş transformasiyalara yol aça bilər və bu da öz növbəsində İslam cəmiyyəti üçün böyük fürsətdir. Lakin digər tərəfdən, əgər bu proseslər düzgün istiqamətləndirilməzsə, elmi və dini sistem üçün ciddi təhdidlər də yarada bilər.

İslam elmlərinin yeni texnologiyalardakı transformasiyalara təsiri
Elmi hövzələrin rektoru Ayətullah Əlirza Ərafi bildirib: İslam elmləri ilə yeni texnologiyalar arasında qarşılıqlı təsir mövcuddur və gözlənilir ki, İslam elmləri, İslam məntiqi və diskurs koqnitiv elmlər və ağıllı texnologiyaların inkişafına təsir göstərsin. Bu məsələ elm və tədqiqat planlaşdırmalarında xüsusi diqqət tələb edir.
Ayətullah Ərafi çıxışının davamında əlavə edib ki, bütün bu dəyişikliklər və proqramlar Əl-Mustafa Beynəlxalq Univerisyetinin (s) təcrübələrindən bəhrələnmiş yanaşma çərçivəsində həyata keçirilir. Məqsədimiz koqnitiv elmlər və ağıllı texnologiyalar sahəsində qlobal səviyyədə fəaliyyət göstərməkdir, lakin bu fəaliyyətlər İslam diskursu, Əhli-beyt (ə) təfəkkürü və İslam İnqilabının məntiqi ilə birlikdə aparılmalıdır. Hal-hazırda bu sahədə beynəlxalq layihələr başlanmaq mərhələsindədir və gələcəkdə əhəmiyyətli irəliləyişlər gözlənilir.
Ağıllı texnologiyaların İslam elmlərinin inkişafı və yayılmasındakı təsirli rolu
Ayətullah Ərafi, həmçinin Qum şəhərinin İslam elmləri sahəsində qabaqcıl mövqeyini və ağıllı texnologiyaların İslam maarif və elminin inkişafında rolunu vurğulayaraq bildirib ki, Ali Məqamlı Rəhbərin tövsiyə və rəhbərliyi ilə yaradılmış Nur Tədqiqat mərkəzi indiyədək bir sıra elmi və tədqiqat uğurlarına imza atıb və müxtəlif sahələrdə öz fəaliyyətini davamlı olaraq genişləndirir.
Qəyyumlar Şurasının üzvü həmçinin qeyd edib ki, bu elmi hərəkatın əsas məqsədlərindən biri İslam tədqiqatlarını irəli aparmaq və bu sahədə kadr hazırlığı və peşəkar yetişdirməni İslam yanaşması ilə təmin etməkdir. O bildirib ki, bu ideyanın açıq şəkildə vurğulanması ilk dəfədir və son 20 ildə bəzi gecikmələr olsa da gələn il bu elmi proyektin ilkin mərhələsini formalaşdırmaq planlaşdırılır.
O həmçinin bu istiqamətdə aparılan müxtəlif təşəbbüslərə toxunaraq əlavə edib: Hamının köməyi və duaları ilə ümid edirik ki, bu elmi hərəkat gələcək illərdə tam şəkildə formalaşacaq və İslam maarif və sivilizasiyasının inkişafına töhfə verəcək.
Elmi hövzələrin rektoru çıxışının davamında İslam elmləri sahəsinə ağıllı texnologiyaların inteqrasiyası zamanı nəzərə alınmalı olan altı əsas istiqaməti təqdim edib:
1️⃣ Ağıllı texnologiyalar və əsas dini mətnlər: Qurani-Kərim və Peyğəmbərin (s) sünnəsi kimi əsas mətnlərin təhlili və araşdırılması üçün ağıllı texnologiyalardan istifadə elmin yeni yollarını yaradır.
2️⃣ Ağıllı texnologiyalar və dini mənbələr: Əsas mənbələr əsasında minlərlə fəlsəfə, kəlam, hədis, təfsir və fiqh kitabları mövcuddur və bunların təhlili ağıllı texnologiyalar vasitəsilə mümkündür.
3️⃣ Ağıllı texnologiyalar və İslam elmləri: Bu texnologiyalar fəlsəfə, kəlam, təfsir və fiqh sahəsində elmi araşdırmaları daha müasir və səmərəli edə bilər.
4️⃣ Ağıllı texnologiyalar və İslam düşüncəsinin həyata keçirilməsi: İslami prinsiplərin fərdi və sosial həyatda tətbiqi böyük çağırışdır. Ağıllı texnologiyalar bu prinsiplərin tətbiqi üçün yeni nümunələr təqdim edə bilər.
5️⃣ Ağıllı texnologiyalar və İslami diskursun yayılması: Bu texnologiyalardan İslam biliklərinin təbliği və yayılmasında istifadə beynəlxalq mədəni mübadiləyə və diskurs formalaşmasına kömək edir.
6️⃣ Ağıllı texnologiyalar və İslam tarixi və sivilizasiyası: Süni intellekt İslam tarixini və sivilizasiyasını qorumaq və yeni nəsillərə çatdırmaqda əhəmiyyətli rol oynaya bilər.
Ayətullah Ərafi vurğulayıb ki, bu istiqamətlər yalnız davamlı əməkdaşlıq və müxtəlif sahələrdə araşdırmalarla həyata keçirilə bilər. Məqsəd İslam elmlərini yeni səviyyəyə qaldırmaq və müasir insanın İslam biliklərini daha yaxşı anlamasına yardım etməkdir.

Hövzədə yeni ixtisasların formalaşması
Ayətullah Ərafi, xüsusilə virtual aləm, koqnitiv elmlər və süni intellekt sahələrində Elmi hövzələrdə baş verən yeni ixtisaslaşma proseslərinə toxunaraq bildirib: Bütün bu sahədə yeni və mürəkkəb imkanlar açılır və istənilən məqsədlərə çatmaq üçün müxtəlif sahələrdə ixtisaslaşma və dərin araşdırmaların əsaslarının qoyulması vacibdir.
Hövzədə ixtisasların tam formalaşdırılması və genişləndirilməsinin zəruriliyi
Elmi hövzələrin Ali Şurasının üzvü, Höccətül-İslam vəl-müslimin Bəhrami və digər əməkdaşların yeni sahələrdə ixtisasların yaradılması və inkişafı istiqamətindəki səylərinə işarə edərək bildirib: Höccətül-İslam Bəhrami və onunla birgə çalışanlar bu istiqamətdə böyük zəhmət çəkib. Təxminən üç-dörd il əvvəl müəyyən edilmiş sahələrdə əhəmiyyətli işlər sürətlə həyata keçirilib. Bu sahələrdən biri “din və virtual aləm” ixtisasıdır ki, hazırda tam formalaşdırılmaqda və inkişaf etdirilməkdədir.
Elmi hövzələrin rektoru əlavə edib: “Din və virtual aləm” həmçinin “din və koqnitiv elmlər və süni intellekt” kimi ixtisaslar hövzə sistemində yaxşı əsaslandırılıb və artıq bu ixtisaslarda üç qəbul mərhələsi həyata keçirilib. Bu addımlar çox önəmli və dəyərlidir.
İxtisaslaşmış və aktiv tələbələrin cəlbi istiqamətində görülən işlər
Ayətullah Ərafi, bu ixtisaslarda fəaliyyət göstərən istedadlı tələbələrin iştirakına işarə edərək deyib: Mən bir neçə dəfə bu dərslərdə olmuşam və tələbələrin səy və əməklərini görməkdən həqiqətən çox razıyam. Bu tələbələr, gələcəkdə hövzə üçün çox vacib və zəruri olacaq sahələrdə tədqiqat aparırlar.
Qum: İslam biliklərinin canlanma mərkəzi
Qəyyumlar Şurasının üzvü Qum şəhərini İslam elmləri sahəsində ən böyük elm və mədəniyyət mərkəzlərindən biri kimi təqdim edərək bildirib: Qum İslam elmlərinin əsas mərkəzidir və hövzə tarixində heç bir mərkəz bu qədər geniş, müxtəlif və çoxşaxəli baxışlara sahib olmayıb.
O əlavə edib ki, İslam İnqilabı və şəhidlərin qanı bu böyük elm sahələrinin formalaşmasında mühüm rol oynayıb. İnqilabın bərəkəti, şəhidlərin qanı və İran xalqının mücadiləsi bu böyük və seçkin elm sahələrinin yaranmasına səbəb olub. Bu sahələr həm tarixi güclü nöqtələrə malikdir, həm də qarşısında duran çətinlik və ehtiyaclarla üzləşir ki, onlara diqqət yetirilməlidir.
Koqnitiv elmlər və ağıllı texnologiyalara olan diqqətin zəruriliyi
Ayətullah Ərafi həmçinin vurğulayıb ki, xüsusi diqqət tələb edən sahələrdən biri koqnitiv elmlər və ağıllı texnologiyalardır. O qeyd edib: Bu gün artıq bu texnologiyalar sadəcə vasitə deyil, düşüncə və qərarvermə prosesində aktiv rol oynayan bir subyektlərdir. Biz bu transformasiyalara sürətlə uyğunlaşmalı və onlardan səmərəli şəkildə istifadə etməliyik.
Elmi hövzələrin rektoru əlavə edib: Süni intellekt və ağıllı texnologiyalar bu gün qərarvermə və düşüncə proseslərində əsas rol oynayır və biz öz elm və din sahələrimizdə bu yeni texnologiyalardan maksimum şəkildə faydalanmalıyıq.

İslam yanaşması ilə süni intellekt sahəsində ciddi transformasiya zərurəti
Ayətullah Ərafi ağıllı texnologiyalar və süni intellektin artan əhəmiyyətinə diqqət çəkərək elmli insanalrın, həmçinin din və elmi müəssisələrin bu sahədə fəal olmasının vacibliyini vurğulayaraq bildirib: Süni intellekt və koqnitiv elmlər sahəsində altı əsas istiqamətin idarə olunması yalnız yüksək dəqiqlik və həssaslıq tələb etmir, həm də məsuliyyət yalnız "Nur Mərkəzi" kimi xüsusi qurumlarla məhdudlaşmamalıdır. Bu iş bütün elmi cəmiyyət və dini-elmi qurumların birgə əməkdaşlığı ilə həyata keçirilməlidir.
O, ağıllı texnologiyaların İslam elmlərində tətbiqinin ikinci mərhələsinə də toxunaraq deyib: Bu, ilk altı istiqamətdən kənar bir sahədir. Hal-hazırda hazırlıq mərhələsində olan ixtisaslar üzrə yeddi-səkkiz tədqiqat layihəsi həyata keçirilir. Bu layihələr süni intellekt fəlsəfəsi və İslam məntiqi, İslam düşüncəsinin süni intellekt, koqnitiv elmlər və ağıllı texnologiyalar sahəsində tətbiqi kimi mövzuları əhatə edir.
İslamda kəlam elmi və süni intellekt teologiyası üzrə layihələr
Elmi hövzələrin Ali Şurasının üzvü İslamda kəlam elmi və süni intellekt teologiyası sahəsində aparılan layihələrə işarə edərək bildirib: Bu sahələrdə əhəmiyyətli işlər görülür. Xüsusilə hövzə müstəqilliyinə cavab verən mərkəzdə kitablar nəşr edilib və əməkdaşlarımız bu sahədə böyük səylər göstəriblər. Lakin hesab edirik ki, bu istiqamətlərdə daha sürətli irəliləyiş olmalıdır.
Həmçinin süni intellektin fiqh və hüquq aspektlərinə toxunan Ayətullah Ərafi qeyd edib: Hövzənin dəyərli təşəbbüslərindən olan müasir fiqh ofisi Ayətullah Hüseyni Buşəhri dövrünün sonlarından fəaliyyətə başlayıb və bu günədək 50 əsər nəşr olunub, əlavə 20-30 cild də çap mərhələsindədir. Bu sistemdə süni intellekt xüsusilə fiqh sahəsində diqqət mərkəzindədir. Höccətül-İslam Müfidi də bu sahədə fəaliyyət göstərir və yaxın zamanda onların əsərlərinin bir neçə cildi yayımlanacaqdır.
Süni intellekt etikası
Ayətullah Ərafi süni intellektin etikası və onun İslam sivilizasiyası və İnqilab diskursundakı yerinə diqqət çəkərək bildirib: Ağıllı texnologiyalar və süni intellekt sahəsində magistr və doktorantura səviyyəsi üçün xüsusi dərs proqramı hazırlanır. Bu dərs proqramı on fənn materialını əhatə edir və məqsəd müasir elmi biliklərə hakim olan, həmçinin İslam perspektivlərini nəzərə alan mütəxəssislərin yetişdirilməsidir.
Qum şəhərində elm və tədqiqat transformasiyaları
Ölkə üzrə Elmi hövzələrin rektoru Qum şəhərindəki elm və tədqiqat inkişafının və onun İslam dünyasında olan rolunun əhəmiyyətini vurğulayıb: Qum şəhəri də süni intellekt sahəsində bir neçə mövzunu izləyir və hazırda bu şəhərdə hazırkı sahəyə aid mühüm işlər aparılır.
Ayətullah Ərafi qeyd edib: Qum şəhəri elm və din mərkəzi kimi qlobal səviyyədə önəmli rol oynaya bilər. İslam və humanitar elmlər sahəsində burada elə imkanlar mövcuddur ki, yalnız ölkə üçün deyil, həm də İslam dünyası və ümumilikdə dünya üçün faydalı olsun.
Elmi hövzələrin Ali Şurasının üzvü əlavə edib: Qum tələbə və müəllimləri bu sahədə ən yaxşı kadrlardan biridir və müxtəlif elm sahələrində böyük potensiala malikdirlər. Bu dəyərli insanlar Qum, İran və İslam dünyasında elm və mədəniyyət transformasiyaları istiqamətində mühüm addımlar atıblar.
O həmçinin müəllim və tələbələrin elm və tədqiqat infrastrukturlarının yaradılmasında təsirli rolunu vurğulayaraq bildirib: Hal-hazırda bu şəxslərin əksəriyyəti minimal imkanlarla fəaliyyət göstərir və müxtəlif elmi-tədqiqat layihələrində çalışır. Onlar digər məkanlarda çox imkanlara sahib olsalar da Qumda fəaliyyətlərini vəzifə kimi davam etdirirlər ki, bu da bu işlərin yüksək dəyərini göstərir.

Təhsil və tədqiqat sahələrində infrastrukturların gücləndirilməsinə ehtiyac
Ayətullah Ərafi Qum şəhərində təhsil, tədqiqat, elm mərkəzləri və ixtisaslı kadrların hazırlanması sahəsində infrastrukturun gücləndirilməsinin vacibliyinə diqqət çəkərək bildirib: Bu sahədə uzunmüddətli məqsədlərə çatmaq üçün həm texniki, həm də proqram təminatı baxımından investisiya zəruridir. Ölkədəki elm mərkəzləri və aidiyyəti qurumlar Qum şəhərinin elm və mədəniyyət yüksəlişi üçün müvafiq proqramları həyata keçirməlidir.
O həmçinin İslam elmlərində baş verən transformasiyalarda mümkün risk və zərərlərə diqqət çəkərək deyib: Bu sahələr böyük imkanlarla yanaşı, özünəməxsus çətinliklər və risklər daşıya bilər. Bu transformasiyaları diqqət və düzgün idarəçiliklə yönləndirmək lazımdır. Yeni texnologiyaların İslam elmlərinə daxil olduğu ilk günlərdə yaranan narahatlıq onu göstərir ki, planlaşdırma və müdrikliklə bu yol uğurla idarə oluna bilər.
Ayətullah Ərafi ölkənin bütün qurum və təşkilatlarının Qum şəhərində elm və din sahəsində olan infrastrukturların gücləndirilməsində əməkdaşlığının vacibliyini vurğulayaraq əlavə edib: Bu elm təşəbbüsləri yalnız ölkə üçün deyil, qlobal miqyasda da faydalı olacaq və yaxın gələcəkdə müsbət nəticələrini görəcəyik.
Cihad və elm intizamının nümunəsi olan bir dahi şəxsiyyət
Ayətullah Ərafi, dahi şəxsiyyət mərhum Ayətullah üzma Hacı Şeyx Cavad Təbrizi (Allah rəhmət eləsin) haqqında danışaraq bildirib: Gənclik illərində xüsusilə cümə və cümə axşamları onun evinə gedirdim, yalnız kitabxanasında oturub öz qeydlərimi aparırdım. O, həmin vaxtlarda xüsusi dəqiqlik və zəka ilə qeydləri incələyir, dərin və təsirli məsləhətlər verirdi. Yay aylarında isə görürdüm ki, elm sistem və sənədlərini təşkil etmək üçün nə qədər zəhmət çəkirdi. Bu mənim üçün bir elmin cihadı və işlərdə dəqiqlik nümunəsi idi.
Elmi hövzələrin Ali Şurasının üzvü əlavə edib: İndi və yeni şərtlərdə ümid edirik ki, yeni nəsillər eyni zəka, təşəbbüs və elmi cihadla müasir elmlər sahələrinə daxil olacaq və fundamental transformasiyalar yaradacaqlar.
Ayətullah Ərafi həmçinin hövzə və universitetlər arasındakı əməkdaşlığın vacibliyini vurğulayaraq qeyd edib: Hazırda hövzələr və universitetlər arasında əsas əlaqə sahələrindən biri yalnız humanitar elmlər deyil, həm də koqnitiv elmlər və ağıllı texnologiyalar sahəsidir. Bu sahələr universitetlərarası əməkdaşlığın əsas mərkəzlərindən biridir və elm, sivilizasiya və irfan institutunda bu səylərin bir hissəsi artıq formalaşmaqdadır.
Ayətullah Ərafi yekun olaraq bildirib: Bu transformasiya yolunun davamı üçün hövzə və universitet sahəsində fəaliyyət göstərən bütün fəallar birgə əməkdaşlıq və sinerji ilə bu sahədə yeni nailiyyətlər əldə etməlidirlər.
Xəbərin sonu




Rəyiniz